Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanda koronavirusun ikinci dalğası ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci il noyabrın 28-dən tətbiq məhdudiyyətlərin bir qismi fevralın 1-dən ləğv olunur, bəzi sərt məhdudiyyətlər yumşaldılır.

Publika.az xəbər verir ki, bununla bağlı Gürcüstan Hökumətinin İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən fevralın 1-dən ölkədəki bütün mağazalar və ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək. Tbilisi, Rustavi və Kutaisi şəhərləri istisna olmaqla ölkədəki bütün ictimai və özəl məktəblərdə dərslər sinif otaqlarında keçiriləcək.

Batumi, Zuqdidi, Poti, Qori və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Fevralın 15-dən isə ölkədəki bütün açıq və qapalı bazarların fəaliyyətinin bərpası planlaşdırılır.





Bundan başqa, martın 1-dən peşə təhsili müəssisələri, universitetlər, uşaq bağçalarının açılması nəzərdə tutulub.

Bununla belə, saat 21:00-dan səhər saat 5:00-dək tətbiq olunan “Komendant saatı” martın 1-ə qədər qüvvədə qalacaq.

Qış kurort mərkəzlərinin, şəhərlərarası nəqliyyatın fəaliyyətinin bərpası, toy və yas mərasimləri də daxil olmaqla böyük tədbirlərin və məclislərin keçirilməsi ilə bağlı qadağalar da hələlik qüvvədə qalır.

Qeyd olunub ki, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq digər məhdudiyyətlərin qaldırılması vaxtaşırı nəzərdən keçiriləcək.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir