Tər-tərimin təzə-tər siması

Müharibə elə bir lənənətdir ki, yalnız insanları məhv etmir.
Abadlığı viranəyə çevirir. Uçqun, yanğın kimi fəlakətlərlə necə -necə həyatları söndürür.
Azərbaycan xalqı 30 bundan öncə müharibə dəhşətin faciəsini yaşadı. Acınacaqlısı isə o idi ki, yaşadığı dəhşətlə bərabər birdə məğlubiyyətin utanc və acısını yaşadı. Nəhayət 30 ildən sonra Ali Baş Komandan çağırışı ilə bütün Azərbaycan xalqı bir yumruq olub, ayağa qalxdı. Düşmənlə ölüm-dirim savaşı başlandı.
Müharibədə yalnız oğullarımız deyil, oğulları böyüdən şəhər, rayon və kəndlərinin də səfərbər oldu. Səfərbər olan olan rayonların sırasında öndə gələnlərdən biri və ən birincilərin sən biri Tər-tər rayonu oldu.
Düşmənlə sərhəddə yerləşən Tər-tər rayonu nəinki müharibə dövründə, müharibədən öncəki atəşkəs dövründə də zaman-zaman düşmən atəşinə məruz qalırdı. Tər-tər rayonunun əhalisi düşmən gülləsinə hədəfinə bunca yaxın bir səraitdə yaşamaqlarına baxmayaraq, daima rayonun rəhbərliyinin qayğısını hiss ediblər. Rayonun İcra Başçısı Müstəqim Məmmədov Tər-tərlilərin nələr yaşadıqlarını və necə yaşadıqlarını gözəl bilir.
Xüsusilə ikinci Qarabağ müharibəsindən sonrakı vəziyyət rayonun rəhbəri Müstəqim Məmmədovun gərgin iş qrafikinin bir qədər də gərginləşdirib.
44 müharibədə ermənilərin birbaşa hədəf seçdikləri Tər-tər rayonunda onlarca hündürmərtəbəli binalar, fərdi yaşayış evləri, ticarət və ictimai iaşə obyektləri, istehsalat və sosial obyektlər, qəbiristanlıqlar və kamunikasiya sistemləri küllü miqdarda ziyan çəkdi. Müharibə zamanı Tər-tər rayonunun mənzərəsi ikincisi dünya müharibəsi zamanı Stalinqrad in mənzərəsi ilə eyni dərəcədə müqaisə olunur.
Nəhayət zəfərlə başa vurduğumuz müharibədən sonra növbə bərbad hala salınmış şəhərlərimizi, kəndlərimizi bərpa etməyə.
Tər-tər rayonunun İcra Başçısı Müstəqim Məmmədov bu istiqamətdə gecə-gündüz bilmədən abadlıq işlərinin həyata keçirilməsinə başladı. İlkin olaraq sıradan çıxmış kommunikasiya sistemlərinin bərpası üçün islərə basladı. Bu məqsədlə qaz, elektrik, su, və digər xətlər üzrə fövqəladə qruplar yaradaraq şəhərin və rayonun ərazisinin təchizatını bərpa etməyə. Əlbətdə ki, müharibənin yaraları tezliklə sağalmır. Xüsusilə də mənəvi yaraları. Düşmənlə sərhəddə yerləşən Tər-tər rayonunun əhalisi muharibənin bəhs etdiyimiz maddi və mənəvi yaralarıdan yetərincə yara aldılar. Onların yaralarını sarımaqsa rayonun rəhbəri Müstəqim Məmmədovun üzərinə düşür. Elə bu səbəblə də Müstəqim Məmmədov qapılarını Tər-tər əhalisinin üzünə açaraq dərdlərinə şərik olmağa çalışır. Bəlkə də hər evdən hər ailədən istər can, istərsə də mal itkisi vermiş Tər-tər əhalisi muharibənin ən ağır yükünü daşıdı. Müstəqim müəllimdə rəhbərlik etdiyi rayonun sakinlərinin yükünü daşımağı özü üçün şərəf bilir. Bu yolda başçıya uğurlar arzulayıb, işin avand olsun deyirik.
Aygün Arzu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp