Polis obyekt sahibi və müştərilərini cərimələdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-averilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyekt sahibi-Xaliq Kərimov və müştərilər – Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp