Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bu mövsüm dizaynerlər bütün çeşidlərdə çəhrayı rəngə xüsusi diqqət yetirib, sakit mərcan tonlarından hər kəsin sevdiyi şok çəhrayıya qədər. Yeri gəlmişkən, parlaq çəhrayı bir əsr əvvəl stil ikonası Elza Skiaparellinin sayəsində populyarlıq qazanıb. O, bu rəngin böyük pərəstişkarı idi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ilin yazında çəhrayının həm romantik, həm də cəsarətli tonları eyni dərəcədə aktual olacaq. Lakin mağazalardakı bütün çəhrayı geyimləri almağa tələsməyin. Dizaynerlər yekdilliklə israr edirlər ki, mövsümün əsas elementi çəhrayı rəngli tuflilər olacaq.





Ən məşhur moda evlərinin podiumları sözün əsl mənasında çəhrayı çəkmələr və ayaqqabılarla doludur. Rəng tonları müxtəlif olduğundan istənilən birini sınamağa dəyər. Eksantrik modellərə cəsarət edənlər üçün dizaynerlər zərif modelləri təklif edirlər. Rezin səndəllər isə yay obrazını tamamlayan ən ideal seçim olacaq.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp