Azərbaycanda iyrənc hadisə – Kişi 2 dostu ilə keçmiş arvadını…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Masallıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb.

Rayonun Qəriblər kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin olaraq sağ döş qəfəsinin və bel nahiyəsinin iki ədəd kəsilmiş-eşilmiş yarası diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat edilib.

Firuzə Məmmədovanın anası qızının bıçaqlanmasında digər şəxslərin də iştirak etdiyini iddia edib: “Qızım Lənkəran rayonunun Liman şəhərində ərdə olub. Həyat yoldaşından 3 ay əvvəl ayrılıb. Bir müddət əvvəl isə rəsmi olaraq boşandılar. Üç yaşlı qızları var.

Hadisə baş verən gün digər qızımın evində idik. Firuzənin telefonuna zəng gəldi. Keçmiş əri uşaq üçün bazarlıq etdiyini dedi və aldıqları şeyləri vermək üçün küçəyə çağırdı. Qızım da evdən çıxdı.





Firuzənin dediyinə görə, keçmiş əri iki dostunun köməyi ilə onu zorla avtomobilə mindiriblər. Viləş körpüsünün üstündə həmin iki nəfər qızımın əllərini tutublar. Keşmiş əri isə ona bir neçə bıçaq zərbəsi endirib.

O, bundan sonra qızımın telefonu ilə mənə zəng edərək dedi ki, Firuzəni bıçaqla vurmuşam, gəl apar. İnanmadım. Bir az sonra başqa telefon nömrəsindən zəng edildi. Dedilər qızınız özünü yaralı vəziyyətdə bizim həyətə çatdırıb, gəlin xəstəxanaya aparın”.

İlkin məlumata görə, hadisəni törədən şəxs polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp