Ruhani Kəşfiyyat nazirinə xəbərdarlıq etdi: nüvə silahlarını…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İran Prezidenti Həsən Ruhani ölkəsinin nüvə silahı əldə edə biləcəyi istiqamətində açıqlama verən Kəşfiyyat naziri Mahmud Ələviyə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi danışıb.

O, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Ələvinin nüvə silahları ilə bağlı sözlərini tənqid edib: “İran rejimi və hökumət nüvə silahı ilə bağlı mövqeyini dəyişməyib. Ölkə lideri Əli Xameneinin verdiyi fətva qüvvədə qalır. Kütləvi qırğın silahları istehsal etmək niyyətində deyilik. Bundan istifadəni də faydalı hesab etmirik. İranın bu mövzuda mövqeyi dəyişməyib. Prezident ölkəsinin nüvə silahı əldə edə biləcəyi istiqamətində açıqlama verən Kəşfiyyat naziri Mahmud Ələviyə xəbərdarlıq edib”.





Qeyd edək ki, Kəşfiyyat naziri Mahmud Ələvi 8 fevralda bu sözləri dilə gətirmişdi: “Nüvə fəaliyyətlərimiz dincdir və İnqilab rəhbərinin (Xamenei) fətvası nüvə silahlarını haram elan edib. Normal şərtlərdə İranın belə bir niyyəti və proqramı olmasa da, İranı o istiqamətə itələsələr, o zaman günah İranın deyil, onu bu istiqamətə itələyənlərin günahıdır”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp