Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvəli AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 16-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Publika.az-a bildirilib ki, proqramda videoçəkiliş üzrə operator, xalçaçı, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi, üzüm və şərab ustası, sahibkarlıq ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp