Türkiyədə yenə zəlzələ oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Türkiyədə zəlzələ qeydə alınıb.

Publika.az “Habertürk”ə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, yeraltı təkanlar Afyonkarahisarda yerli vaxtla saat 00:08-də 3,9 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib.





Qəndilli Rəsədxanası isə zəlzələnin 4 bal gücündə olduğunu bildirib.

Dağıntı və tələfat qeydə alınmayıb.

Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Ötən həftə qonşu ölkədə bir neçə yeraltı təkan baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp