Fransada koronavirusun yeni ştammları sürətlə yayılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fransada koronavirusa yoluxanların 25 faizi Britaniya ştammına, 5 faizi isə Cənubi Afrika və Braziliya ştammına yoluxanlardır. Koronavirusun yeni ştammları Mozeldə yoluxanların 40 faizini təşkil edir.

Bu barədə Fransanın Səhiyyə naziri məlumat yayıb. Nazir koronavirusun yeni ştammının tüğyan etdiyi Şimal departamentinə gedib.





Ölkədə məktəblər bağlı elan olunmasa da, koronavirusa görə bağlanan siniflərin sayı 1599-a çatıb. Həftəsonu komendant saatının yerli vaxtla saat 14:00 və ya 16:00-dan başalayacağı bildirilir.

Bundan başqa, bəzi müəssisələrdə intensiv fəsadlar yaratdığı üçün “AstraZeneca” peyvəndindən istifadə müvəqqəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp