Alimlər koronavirusun vitaminlərlə müalicəsinin təsirsizliyini sübuta yetirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Koronavirusun C vitamini və sinklə müalicəsi təsirsizdir və bədənə zərər verə bilər.

Publika.az xəbər verir ki, bu barədə “JAMA Network Open” jurnalında dərc olunmuş bir elmi məqalədə qeyd olunub.

Bildirilib ki, C vitamin sübut olunan xəstəlik müddətini qısaltmır. Alimlər təcrübədə iştirak edən 214 nəfəri dörd qrupa bölüb. Onlardan üçü ayrı-ayrılıqda və ya birlikdə göstərilən əlavələri, dördüncüsü isə istirahət daxil olmaqla antipiretik dərmanlar qəbul edib.





“Yüksək dozada sink qlükonat, sink askorbin turşusu (C vitamini) və ya hər ikisi SARS-CoV-2 simptomlarını azaltmadı. Vitamin əlavələri qəbul edən qruplarda əks təsirlər qeydə alınıb. Bunlara ürəkbulanma, ishal və mədə spazmı daxildir”, – Klivlend Klinikasının kardioloqu Dr. Milind Desai bildirib.

Soyuqdəymə əlamətləri aşkarlandıqdan sonra ilk gündə sink qəbul etmək xəstəlik müddətinin yalnız bir gün azalmasına kömək edir. Eyni zamanda, gündəlik C vitamini qəbulu qadınlarda 75 milliqramı, kişilərdə 90-ı keçməməlidir.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp