ÜST-dən etiraf: Çində yayılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri hesab edir ki, koronavirus 2019-cu ilin dekabrından əvvəl Çində yayılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

ÜST mütəxəssisləri qeyd edib ki, 2019-cu ilin oktyabr ayında 90 nəfər koronavirusa oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. Çin səlahiyyətlilərinin onlardan test aldıqları, ancaq virus izləri tapmadıqları vurğulanıb. Bunun səbəbi antikorların tərkibinin təyin edilə bilməyəcək səviyyəyə düşməsi ilə izah edilib.





Beynəlxalq ekspert qrupunun rəhbəri Peter Ben Embarek əlavə araşdırmalara ehtiyac olduğunu düşünür. Mütəxəssislər Pekini Hubey əyalətində koronavirusun nə vaxt yayıldığını anlamaq üçün daha geniş qan testləri keçirməyə çağırıb.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp