213 nəfər bu səbəbdən öldü
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
İndoneziyada ilin başlanğıcından bəri baş verən təbii fəlakətlər 213 nəfərin həyatına son qoyub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Təşkilatı Rəhbərliyindən bildirilib.
Qeyd olunub ki, 1 yanvar-9 fevral tarixlərində ölkə miqyasında əksəri fırtına, sel, sürüşmə və zəlzələ olan 386 təbiət hadisəsi baş verib.
Bu hadisələrdən 2 milyon insan əziyyət çəkib, 12 min 60 nəfər xəsarət alıb.
Qeyd edək ki, “Sakit Okean Alov Çevrəsi” üzərində yerləşən İndoneziya təbii fəlakətlərin təsirində qalan ölkələr sırasında öndə gedir.
Zümrüd