Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, yanvarın 2-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Yanvarın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

The post Yeni ilin ilk şənbəsinin havası: Şaxta, duman, külək… appeared first on .

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir