Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan-Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin bayrağı asılıb”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Xocalı rayonunun Sığnaq kəndindən keçərkən deyib.

Prezident İlham Əliyev yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: “İki qardaş”.

Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: “Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa”.





Qeyd edək ki, Birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərdən video-paylaşımlar edib.

Sözügedən videonu təqdim edirik:

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir