Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir qrup elm adamı və arxeoloq Türkiyənin Urla Çeşmə yarımadasında Afroditanın məbədini aşkarlayıb.

Publika.az “Daily Sabah”a istinadla xəbər berir ki, Çeşmə, Urla, Seferihisar ərazisində aparılan araşdırmalarda 16-sı Qədim neolit dövrünə aid olmaqla 35 antik mədəniyyət yeri aşkarlanıb. Belə ki, onların arasında bizim e.ə IV əsrə aid olan gözəllik ilahəsi sayılan Afroditanın məbədinin qalıqları da var.





Qazıntı işlərinə başçılıq edən Memar Sinan adına Universitetin arxeoloqu Elif Koparal bildirib ki, Afrodita öz dövründə ən çox rəğbət görən ilahələrdən biri olub.

Arxeoloqun sözlərinə görə, qazıntılar aparılan illər ərzində o yerli sakinlərlə əməkdaşlıq edib. Məhz onlar tapılan tarixi əşyaları kontrabandistlərdən və qaçaqmalçılardan qorumağa yardımçı olub.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir