Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Prezidenti Donald Trampın impiçmentinin Konqresdə müzakirəsinə başlanılıb.

Publika.az xəbər verir ki, məhdud şəkildə baş tutan müzakirələrdə konqresmenlər Donald Trampın vəzifəsindən kənarlaşdırılmasını ehtiva edən 25-ci düzəlişin qəbulunu tələb edir.

Keçmiş Ağ Ev rəsmilərindən biri 25-ci düzəlişin müzakirə olunma ehtimalını qəbul edib, lakin hazırda ciddi danışıqların aparıldığının mənası olmadığını bildirib. Çünki Trampın kabinetində bir çox son dərəcə sadiq məmur yer alır və əksəriyyətin onu vəzifəsindən kənarlaşdırmağa razı olması şübhə doğurur.

Demokratlar Tramp Administrasiyası rəsmilərinə bu addımı atması üçün ictimai təzyiqi artırıb. Nümayəndələr Palatası Məhkəmə Komitəsinin demokratik qrupu vitse-prezident Mayk Pensə 25-ci düzəlişi tətbiq etməsini və Trampı vəzifəsindən uzaqlaşdırmasını tələb edən məktub göndərib. Bəzi demokratlar impiçment çağırışı edib. Respublikaçılar da şiddətə görə Trampı açıq şəkildə danlayıb və onun məsuliyyət daşıdığını söyləyib.

Zümrüd





xxx

09:00

ABŞ Prezidenti Donald Trampa impiçment elan olunması ilə bağlı sənədi hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə konqresmen İlhan Omar “Twitter”də paylaşım edib.

“Hazırda impiçment sənədini hazırlayıram. Donald Tramp Nümayəndələr Palatası tərəfindən impiçment edilməli və ABŞ Senatı tərəfindən vəzifəsindən uzaqlaşdırılmalıdır. Onun vəzifədə qalmasına icazə verə bilmərik. Bu, dövlətimizin qorunması məsələsidir və biz andımızı yerinə yetirməliyik”, – deyə Oman bildirib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı