Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış iş adamı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.






İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, əslən Tovuz rayonundan olan T. Yusifov bir müddət “Turan” klubunun da prezidenti kimi fəaliyyət göstərib.

Qeyd edək ki, daha əvvəl “Turan”ın digər keçmiş prezidenti Namiq Məstanov korornavirusdan dünyasını dəyişib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir