Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,ABŞ Senatı sabiq prezident Donald Trampın impiçmentinin müzakirəsini fevralın 9-a qədər təxirə salıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd edilir ki, qərar yekdilliklə qəbul edilib.

Daha əvvəl CNN telekanalı bildirib ki, keçmiş dövlət başçısı Donald Tramp hüquqşünaslarla impiçment üzrə prosedurda müdafiə strategiyası haqqında danışıqlar aparır.





Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə Demokratlar Partiyasının namizədi Cozef Bayden qalib gəlib, lakin Tramp nəticələri tanımayıb.

Yanvarında 6-da Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına hücum ediblər. Nəticədə parlamentin ötən seçkilərin nəticələrini təsdiq etməli olan iclası yarımçıq qalıb. Bundan sonra Konqres Baydenin qələbəsini rəsmən təsdiqləyib və Trampı Kapitolidə zorakılıqda ittiham edib.

Yanvarın 13-də Konqresin Nümayəndələr Palatası Trampın impiçmenti haqqında qətnamənin qəbuluna səs verib. Sənədə fevralda Senat tərəfindən baxılacaq.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir