Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kubada müəllimləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 25 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Publika.az xəbər verir ki, bu barədə Kubanın “Mayabeque” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus magistral yol üzərində olan körpüdən dərəyə yuvarlanıb.





Yaralılar Havana və Quinesa xəstəxanalarına çatdırılıb, onlardan üçü ağır vəziyyətdədir.

Hadisəni Yol hərəkətinin təhlükəsizliyi üzrə Komissiya və Daxili İşlər Nazirliyi araşdırır.

Kuba Prezidenti Migel Diaz-Kanel qəzada həlak olanların yaxınlarına başsağlığı verib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir