Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Koronavirusun daha bir nadir rast gəlinən simptomu aşkarlanıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər.





Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb.

Analoji hadisəyə ABŞ-da da rast gəlinib. 62 yaşlı pasiyent 4 gün davam edən hıçqırıqdan sonra xəstəxanaya müraciət edib və onun infeksiyaya yoluxduğu təsdqlənib. Amerikalı pasiyentin də qan hüceyrələrində azalma müşahidə olunub.

Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir