Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bir millət, iki dövlət” prinsipi ilə hərəkət edərək azərbaycanlı qardaşlarımızın 30 illik Qarabağ həsrətinə son qoyduq. Bununla böyük ədalətsizlik aradan qalxdı. Həm meydanda, həm də masada aparılan diplomatiya və onu dəstəkləyənlərin uğuru baxımından böyük əhəmiyyət kəsb edir.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın deyib.





Onun sözlərinə görə, Qarabağ müharibəsinin gedişatı və əməliyyatların idarə olunması mərhələsi gənc tədqiqatçıların maraqlı araşdırma mövzusudur: “Beynəlxalq və xarici siyasət sahəsində çalışan dostlarıma bu mövzuda daha ətraflı tədqiqat aparmalarını tövsiyə edirəm.

30 ildir dondurulmuş vəziyyətdə qalan münaqişə 44 günlük mübarizənin nəticəsində həll olundu və Qarabağın işğalına son qoyuldu. Bu müddətdə nələr yaşandı, hansı addımlar atıldı? Bu, həqiqətən çox maraqlı araşdırma olacaq. Münaqişənin həlli ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranacaq. Yaxın vaxtlarda bunun şahidi olacağıq”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir