Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Süni zəkanın tətbiqindən sonra bəzi peşələr tamamilə yox ola bilər.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Boğaziçi Universitetinin professoru Cem Say deyib.

O bildirib ki, süni zəkanın 1950-ci illərdən başlayaraq, həyatımıza daxil olub:





“Bu texnologiya dünyanın ən yaxşı sürücüsündən daha peşəkardır. O fikirini əsaslandırmaq üçün nümunələr də göstərib. Məsələn, tıxaclar şəhəri kimi də tanınan İstanbulda hansı yolun boş olduğunu öyrənmək üçün istifadə edilən naviqasiya proqramları, mühafizə olunan binalara girişdəki nəzarət kameraları və s”.

Professor qeyd edib ki, bəzi işləri süni zəka insanlardan daha yaxşı yerinə yetirir. Bu da həmin peşələrin tamamilə ləğvinə rəvac yaradır.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı