Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Soyğunçuluq, aldatma ilə məşğul olmağı dayandırın. Dövlət məmurunun kreslosu soyğunçuluq mənbəyi deyil”.

Publika.az Ermənistan KİV-nə istinadla bildirir ki, bunu işğalçı ölkənin tanınmış alimlərindən olan Tiqran Saruxanyan baş nazir Nikol Paşinyanı tənqid edərkən deyib.






Saruxanyanın fikrincə, 2020-ci ildə ölkənin düşdüyü ağır vəziyyətdən çıxmasının yeganə yolu Ermənistanın dövlət idarələrində rüşvətin kökünün kəsilməsidir: “Ordunun acınacaqlı məğlubiyyətinin, alçaldılmamızın əsas səbəbi məmurların rüşvətə qurşanması oldu. Buradan öz xalqıma da səslənirəm. Demək istəyirəm ki, romantizmdən imtina edin, rasional gerçəkliyə qayıdın. Romantizim indiki halda bizi məhvə apara bilər. Duyğularla deyil, soyuq başlı və təsirli silahlarla mübarizə apara bilən peşəkar bir ordu yaradın”.

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı