Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Akademiyadan Publika.az-a verilən məlumata görə, Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb. Yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkarlanıb.

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir