Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sovet İttifaqının ilk atom bombasının yaradıcılarının sonuncusu, Landau adına Rusiya Elmlər Akademiyasının Nəzəri Fizika İnstitutunun fəxri direktoru, Rusiya Elmlər Akademiyasının ağsaqqal akademiki İsaak Xalatnikov 102 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İsaak Markoviş Xalatnikov 1919-cu il oktyabrın 17-də Ukraynanın Yekaterinoslav şəhərində yəhudi ailəsində anadan olub. 1941-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Tələbəlikdə Stalin təqaüdçüsü, sonralar isə II dərəcəli Stalin Mükafatı Laureatı olub.





İsaak Xalatnikov kvant fizikası sahəsindəki nəzəri fəaliyyəti ilə tanınıb.

Lakin onun ən önəmli fəaliyyəti Lev Landaunun rəhbərliyi altında sovet atom bombası layihəsində iştirakı olub.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir