Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını çox yaxşı qiymətləndirərəm. Cənab Prezidentə belə bir sərəncam imzaladığı üçün təşəkkür edirəm”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib. AYB sədri bildirib ki, Nizami Gəncəvi böyük şairdir:

“Nizami ili” o deməkdir ki, ədəbiyyatda onunla bağlı əsərlər daha da çox olacaq. Ədəbiyyat daha çox əsərlərlə zənginləşəcək. Yazıçılar da bu işdə, tədbirlərdə fəal iştirak edəcəklər. “Nizami ili” ilə bağlı Azərbaycan Yazıçılar Birliyi də bir sıra tədbirlər həyata keçirəcək. Sərəncam hələ ki, dünən imzalanıb. Gərək biz katiblikdə yığışaq, müzakirə edək, plan tutaq”.





Qeyd edək ki, ölkə Prezidentinin imzaladığı sərəncamla 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib.

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir