Bitkoin kəskin bahalaşdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bu gün keçirilən hərraclarda dünyanın ən populyar virtual valyutası olan bitkoinin məzənnəsi bir saat ərzində 5 min dollar artaraq 37 min dollar keçib.

Publika.az xəbər verir ki, qəfil sıçrayışa səbəb məşhur iş adamı, “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask tərəfindən tvitterdə bitkoin həştəqinin yerləşdirilməsi olub.

“Coin Desk” xəbər verir ki, hərrac zamanı 11,09 faiz bahalaşaraq 37 024 dollar səviyyəsinə yüksələn bitkoin bu ay 41 940 dollarlıq tarixi maksimuma çatdıqdan sonra bir həftə keçmiş kəskin ucuzlaşdı. Bütövlükdə ilin əvvəlindən bitkoin 25 faizədək bahalaşıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp