Siqaret çəkəndə öskürürsünüzsə, bunu edin –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bu onların bronxlarının zədələnməsinin əlamətidir. Siqaret çəkdikdən sonra bronxlar və ağciyərləri oraya daxil olan zəhərli maddələr zədələyir. Bu zaman həmin bölgələrdə iltihabi proseslər gedir və bu proses uzun müddət davam etdikdə iltihab ocaqlar yaranmağa başlayır.

İltihabi ocaqlar yarandıqda siqaret çəkənlərdə əzabverici öskürək meydana çıxır və siqaretçəkən adam öskürərək bəlğəmi xaric etrməyə çalışır. Lakin proses daha da dərinləşir və bəlğəm ağciyər köklərində yer alır. Bu zaman mütləq həkimin müdaxiləsi lazımdır.

Ağciyərləri siqaretin zəhərlənmələrindən təmizləməyin bir çox üsulları vardır. Bunlardan bir-neçəsini sizlərə təqdim edirik.

1. Orqanizmin kompleks şəkildə təmizlənməsi. Buraya ilk növbədə siqareti tərgitmək və mədə-bağırsağı, böyrəkləri yumaq, qan-damar sistemini xəstəxana şəraitində təmizlənməsi daxildir.

2. Bu zaman siqaret çəkməmək şərti ilə təmiz havada çox olmaq, siqaret çəkənlərdən uzaq durmaq və hətta mümkünsə belələrindən uzaq yaşamaq lazımdır.

3. Həkimin məsləhət etdiyi dərman vasıtələri ilə siqareti tərgitmək.

4. Siqareti tərgitmək istəyənlər üçün kurslara qatılmaq və bu vasitə ilə siqaretdən uzaq olmaq.

5. Xalq təbabəti vasitələri ilə siqareti tərgitmək. Məsələn, hər otağa dəfnə yarpağı qoymaq və gün də 3 dəfə dəmləməsini içmək. Orqanizmi möhkəmləndirən vasitələrdən istifadə etmək. Məsələn, bal və limonlu çay içmək.

6. Nəfəs yollarının gimnastikası. Bu zaman gündə 2 dəfə hər dəfə 30 dərin nəfəs alıb vermək lazımdır. Bu gimnastika üsulu ağciyərlərin həcmini genişləndirir və oraya havanın axınını təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp