Azərbaycanda ilk olaraq o nazir PEYVƏND OLUNDU
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB sədri Ramin Bayramlı və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.
Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.
Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus əlyehinə vaksinasiya başlayıb.
xxx
10:33
Bu gündən ölkədə start verilən Covid-19-a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir.
Peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edəcək.
TƏBİB-dən Modern.az-a bildirilib ki, COVİD-19 vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulacaq.