Koronavirusun təbii şəkildə yaranmasına inanmıram

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış həkim və televiziya aparıcısı Aleksandr Myasnikov “Telegram” kanalında koronavirusun təbii şəkildə yaranmasından şübhələnməyə başladığını söyləyib.

Publika.az xəbər verir ki, alim mövcud pandemiyanın miqyasına görə digər epidemiyalardan kəskin şəkildə fərqlənməsinin səbəbini izah edə bilmədiyini deyib.

“Alimlərin böyük əksəriyyəti epidemioloji prosesin adi qaydalarına güvənərək ilin əvvəllində infeksiyanın bu cür alovlanacağına çox az ehtimal verirdilər. Yeni infeksiyanın qeyri-adi dərəcədə gözlənilməz olduğunu söyləyənlərin haqlı olduğu ortaya çıxdı. Niyə hər şey belə oldu? Niyə virus dünyanın müxtəlif yerlərində demək olar ki, eyni vaxtda alovlandı? Axı indiyə qədər bütün epidemiyalar proqnozlaşdırılan yayılma modelinə uyğundur”, – Myasnikov bildirib.





Həkim qeyd edib ki, həmişə koronavirusun süni şəkildə yaradılması nəzəriyyəsinə qarşı çıxıb, ancaq indi onun təbiət qanunlarına uyğun meydana gəlməsinə inamını itirib.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp