Qaradağda yük maşını dərəyə aşdı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Publika.az-a verilən məlumatına görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü İbadov Sadiq Valeh oğlunun meyiti qəza törədən nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.