Nura Suri tərzi ilə diqqət çəkdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Pandemiya dönəmində sosial medianın gündəmində olan müğənni Nura Suri yeni işini təqdim edib.

Publika.az xəbər verir ki, “Düşünürdüm” adlı mahnının söz və musiqisi Buzzza, aranjimanı isə Emin Kərimə aiddir. Mahnı musiqi platformalarında və sənətçinin Yutub kanalında yerləşdirilib. İfa tərzində və görüntüsündə yeni tərzə üstünlük verən N.Suri fotosessiya da etdirib.

O, dünyaca məşhur “Vogue” dərgisinin azərbaycanlı fotoqrafı Elşən Hüseynovun (Elimaxography) obyektivinə pozlar verib.





Müğənni sözügedən mahnıya klip çəkdirməyə hazırlaşır. Sənətçi bildirib ki, il ərzində bir neçə yeni mahnı və klip təqdim edəcək.

Qeyd edək ki, N.Suri yeni musiqi şirkəti ilə də müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp