2020-ci ildə penaltidən ən çox qol vuran futbolçular

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli olub.

Publika.az xəbər verir ki, ilk pillədə “Yuventus”un ulduzu Kriştianu Ronaldu yer alıb.





35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya “Latsio”sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp