11 nəfər əsir götürülərək güllələndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Pakistanın Bəlucistan əyalətində terrorçular işə gedən 11 şaxtaçını əsir götürüb yaxınlıqdakı dağa apararaq güllələyiblər.

Publika.az Pakistan mətbuatına istinadla xəbər verir ki, 6 nəfər yerindəcə, 5-i isə xəstəxanaya aparılarkən ölüb. Bildirilir ki, güllələnən şaxtaçılar İslamın şiə təriqətindən olan xəzəri icmasının üzvləridir. Terrorçular digər şaxtaçılara toxunmayıb.

Pakistanın Baş naziri İmran Xan terrorçuların bu qanlı əməlini “amansız terror aktı” adlandırıb. Pakistan hökuməti terrorçuların axtarışını elan edib. Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp