Azərbaycanın təbii qazı Avropaya axır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Yeddi illik inşaat və ümumilikdə, 40 milyard avro investisiya yatırımından sonra ilk dəfə Azərbaycanın təbii qazı 3500 kilometrlik kəmər vasitəsilə Avropaya axır.

Publika.az xəbər verir ki, bu sözlər Niderlandın “de Volkskrant” portalında dərc olunmuş “Azərbaycanın təbii qazı Avropaya axır” adlı məqalədə yer alıb.





Məqalədə qeyd olunub ki, digər Avropa ölkələri kimi Türkiyənin də ərazisindən keçən Cənub Qaz Dəhlizi Avropanın enerji asılılığını azaldacaq. Yunanıstan və İtaliya arasında sonuncu seqmentin istifadəyə verilməsi Yeni ilin böyük hadisəsidir.

Vurğulanıb ki, bu qaz kəməri vasitəsilə Avropaya hər il 10 milyard kubmetr təbii qaz çatdırılacaq. Bu, Avropa ölkələrinin illik 500 milyard kubmetr təbii qaz istehlakının bir hissəsini təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp