2020-ci ilin ən yaxşı futbolçusu seçildi –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İspaniyanın “Marca” nəşri 2020-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Bu barədə “Bookmaker-ratings” xəbər yayır.

Siyahıya Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski liderlik edir.

İlk üçlüyü Münhen klubunun yarımmüdafiəçisi Coşua Kimmix və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayır.

“Yuventus” komandasının hücumçusu Kriştianu Ronaldu dördüncü, “Barselona”nın kapitanı Lionel Messi isə 10-cu yerdə qərar tutub.

İlin ən yaxşı 10 futbolçusu siyahısına İngiltərə Premyer Liqasının heç bir təmsilçisinin daxil olmaması diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp