Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Prezident İlham Əliyevin dekabrın 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Zəngilan, Füzuli və Xocavəndin azad edilməsinə görə təltif etməsi barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, təltif edilənlər arasında şəhid kiçik gizir Xudayar Yusifzadə də var.





O, ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb. Oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar, dekabrın 15-də “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdü.

Qeyd edək ki, 22 yaşlı Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir