Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Əməkdar artist Tünzalə Əliyeva xərşəng xəstəliyindən sağalıb.

Publika.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb. “Toppuş bacı” ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəng xəstəliyinə qalib gəlib:

“Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum. Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar”.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir