Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çinin “Sinovac Biotech” Ltd firmasının istehsal etdiyi “Sinovac” peyvəndləri Türkiyəyə göndərilməsi üçün hava limanına transfer edilir.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, 1 milyon 340 min peyvənd hava limanına daşınma üçün 7 nəqliyyat vasitəsinə yüklənir.

Məlumata görə, gümrük prosedurları səbəbindən peyvəndlər Pekin Hava Limanında 24 saat gözləməli olacaq.





Peyvəndlərin Türkiyəyə çatması 1-2 gün vaxt tələb edəcək.

Səhiyyə naziri Fahrettin Koca bildirmişdi ki, Pekin gömrüyündə COVID-19-a yoluxma hallarına rast gəlindiyi üçün daşınmalar müvəqqəti dayandırılıb. Bu səbəbdən bir-iki gün ləngimə baş verir.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir