Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir