Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Paşinyan heç vaxt Ermənistanda rahat gəzə bilməyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Sünik sakinləri keçirdikləri etiraz aksiyasında qeyd edir.

Etirazçıların sözlərinə görə, Ermənistan baş nazirinin rəhbərlik etdiyi hakimiyyət orqanlarının hərəkətləri bütün bölgəni təhlükəli zonaya çevirib.

Sünik bölgəsinə gedən yolu bağlayan etirazçılar Ermənistan rəhbərliyinə iki tələb irəli sürüb: Gorus yolunu açmaq və bələdiyyə sədri Aruş Aruşanyanı sərbəst buraxmaq. Aksiya təşkilatçıları təxribatlara boyun əyməməyə çağırır və polisin tədricən onlara yaxınlaşdığına diqqət çəkirlər.






Paytaxt İrəvandan olan siyasi fəallar da Sünikdəki etirazçılara qatılıb.

“Adekvat” partiyasının nümayəndəsi bildirib ki, yolu bağlamaqda məqsədləri baş naziri Sünik bölgəsinə buraxmamaq deyil, bir daha heç vaxt ölkədə sakit gəzə bilməyəcəyini və bunun sakinlərin ona göndərmək istədikləri əsas mesaj olduğunu çatdırmaqdır: “Burada məsələ Sünikə girib-girməməsində deyil. Əsas fikir ona xainin artıq Ermənistanda sakit gəzə bilməyəcəyini göstərməkdir. Yolları bağlayan adam hakimiyyətə gəldi və təhlükəsizlik güclərini istifadə edərək indi də hakimiyyətini eyni şəkildə saxlamaq istəyir”.

Etirazçılara Milli Təhlükəsizlik Dövlət Departamentinin keçmiş rəhbəri, Ermənistan prezidentinin Qarabağ məsələsi üzrə keçmiş xüsusi nümayəndəsi David Şahnazaryan da qoşulub.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı