Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dünya bazarında neft qiymətləri artıb.

Publika.az xəbər verir ki, “Brent” markalı xam neftin 1 barelinin qiyməti 0,74% artaraq 50,34 dollara çatıb.

WTI markalı neftin dəyərində isə yanvar qiymətlərinə nisbətən 0,67% artım qeydə alınıb və 1 bareli 46,88 dollara yüksəlib.





Daha əvvəl “Alpari” IAC rəhbərinin müavini Natalya Milçakova bahalaşmanın gözlənildiyini və bunun müxtəlif amillərlə əlaqəli olduğunu söyləmişdi. Xüsusilə Qərb mütəxəssisləri “qara qızıl bazarı”nın tədarükündə kəsirlə qarşılaşılacağını düşünür.

Xatırladaq ki, OPEC+ ölkələri aylıq ehtiyatın azaldılmasının mümkünlüyünü müzakirə edərək 2021-ci ilin yanvar ayından etibarən neft hasilatını 2 milyon bareldən 0,5 milyon barelə qədər azaltmağa qərar verib. Güzəştli seçim onlara neft bazarını tarazlaşdırmağa davam etməyə imkan verəcək.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı