Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çin 109 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib.

Publika.az xəbər verir ki, bu barədə “PetroChina” şirkətinin Sintszyan-Uyğur Muxtar Vilayəti şöbəsinin baş katibi Huo Cin bildirib.

Onun sözlərinə görə, ehtiyatlar Cunqqar hövzəsinin cənubunda aparılan ilkin qazıntılar çərçivəsində aşkarlanıb.




Ehtiyatlar 156 kvadrat kilometr sahəni əhatə edir. Buradan gündəlik 610 min kubmetr təbii qaz ilə 106,3 kubmetr xam neft çıxarılması planlaşdırılır.

Dünyanın ən böyük enerji istehlakçısı olan Çinin şimal-qərbində yerləşən Uyğur bölgəsi neftlə yanaşı, qızıl, gümüş, uran və kömür başda olmaqla, çox sayda yeraltı sərvətə sahibdir.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı