Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Koç İnstitutunun rəhbəri Lotar Viler yeni növ koronavirus ştammı yaranması səbəbilə önümüzdəki həftələrin çətin olacağı barədə xəbərdarlıq edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alim ölüm və yoluxmaların sayını azaltmaq üçün təmasları minimuma endirməyə çağırıb.

“Həqiqətən bizi çətin həftələr gözləyir. Vəziyyət daha da pisləşir, ölüm halları artmaqdadır. Xəstəxanalar, həkimlər və digər səhiyyə işçiləri durmadan çalışır. COVID-19 xəstələri daha çox xəstəxanalarda müalicə olunduğu üçün normal şöbələrdə boş çarpayı sayı da azalıb.





Sərtləşdirilmiş tədbirlər bir həftədir davam edir. Yeni yoluxmaların, ciddi xəstəliklərin və ölümlərin azalması çox güman ki, həftələr çəkəcək. Odur ki, Yeni ildə səyahət etməməyə və evdə qalmağa çalışın” , – o, yekunda bildirib.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir