Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib.

Publika.az nazirliyə istinadla xəbər verir ki, bu fikri Rusiya XİN-in başçısı bu mövqeyini Bosniya və Herseqovina prezidiumunun üzvü Milord Dodik ilə Moskvadakı görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında açıqlayıb.





O deyib ki, ABŞ Türkiyəyə qarşı C-400 zenit-raket komplekslərinə görə sanksiyalar tətbiq edib. Nazir bunu beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiri kimi qiymətləndirib. S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır.

Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı