Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünya miqyasında COVİD-19 diaqnozu qoyulan insanların sayı 70 milyonu keçib.

Publika.az xəbər verir ki, hazırda bu rəqəm 70 milyon 720 min 814 nəfər təşkil edir.

Virusun yayılması baxımından ABŞ, Hindistan və Braziliyada hələ də ilk pillədədir.

ABŞ-da koronavirusa yoluxma 16 milyon 39 min 393 nəfərdə təsdiqlənib. Ölənlərin sayı 299 min 692 nəfərdir.

İkinci yerdə 9 milyon 796 min 992 nəfərə COVİD-19 diaqnozu qoyulmuş Hindistan gəlir. Burada ölənlərin sayı 142 min 222 nəfərdir.





Braziliyada 6 milyon 783 min 543 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 179 min 801 nəfərdir.

İlk onluğa Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Türkiyə, İspaniya, Argentina daxildir.

Qeyd edək ki, bu günədək xəstəlik səbəbilə, ümumilikdə, 1 milyon 588 min 438 nəfər dünyasını dəyişib, 49 milyon 148 min 966 nəfər xəstəliyə qalib gəlib.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir