Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qarabağda terrorçu-separatçı erməni hərəkatının, işğalın, etnik təmizləmə və soyqırım aktların ən amansız, ən qanlı icraçılarından biri olan hərbi cinayətkar Robert Köçaryanın “5-ci kanal”a müsahibəsi günün əsas müzakirə mövzusularından birinə çevrilib. İlk baxışda Robert Köçaryan rəsmi İrəvanın davranışları ilə bağlı bəzi həqiqətləri dilə gətirir və deyir ki, münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin dalana dirənməsi bilərəkdən edilib.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib. R.Köçaryanın müsahibəsini şərh edən politoloq qeyd edib ki, o, ermənilərin yox, öz gününə ağlayır.

“Robert Koçaryan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən döyüşlər də Ermənistan tərəfindən başladılıb.





Maraqlıdır, vaxtilə danışıqlar masasını “ayaqyolu” bəhanəsi ilə tərk edən Koçaryan nə üçün Nikol Paşinyanın danışıqlar prosesini pozması, Azərbaycanı müharibəyə təhrik etməsi ilə bağlı indi danışmağa başlayıb? Xocalı canisi zamanında hansı səbəblərdən Nikol Paşinyan rejiminin təhrikedici, qıcıqlandırıcı davranışlarına reaksiya vermirdi… Əgər müharibənin Ermənistanın acı məğlubiyyəti ilə başa çatacağını bilirdisə və bununla bağlı heç bir fikir səsləndirmirdisə, o zaman belə anlaşılır ki, Köçəryanı minlərlə erməninin işğal altındakı Azərbaycan torpaqlarında məhv edilməsi, işğalçı ordunun onminlərlə əsgər və zabitinin yaralanması, hərbi texnikasının darmadağın edilməsi və girov götürülməsi, onsuz da ağır iqtisadi böhran keçirən Ermənistanın daha da acınacaqlı duruma düşməsi narahat etməyib. Əksinə o, bütün bunların baş verməsini arzulayıb ki, məğlubiyyətdə Nikol Paşinyanı ittiham etsin. Köçəryanın öz müsahibəsində “Paşinyanın məğlub olmasını” israrla vurğulaması da bunu sübuta yetirir. Yəni Köçaryan kimi hərbi canilər üçün onminlərlə və daha çox erməninin ölməsi heç bir əhəmiyyət daşımır.

Robert Köçaryanın bu müsahibəsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Paşinyan heç kimdir, Koçaryan və Sarkisyan, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” sözlərinə uğursuz cavab, yaxud hədəfdən yayınmaq cəhdi kimi də qiymətləndirmək olar.

Digər tərəfdən Robert Köçaryan hakimiyyətdə olanda onun davranışları da Nikol Paşinyanın davranışlarından bir o qədər də fərqlənmirdi. Robert də danışıqlar prosesinin pozulması, işğalın davam etməsi üçün əlindən gələni əsirgəmirdi. Məhz bu baxımdan onun müsahibəsi məğlubiyyətin suçunu Paşinyanın üzərinə atmaqdan, vəziyyətdən istifadə edərək revanş götüməkdən başqa bir şey deyil.

Köçaryanı narahat edən digər amil, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Yuxarı Qarabağ amilinin Ermənistanda hakimiyyətə yiyələnmək üçün əsas rıçaqlardan biri kimi sıradan çıxmasıdır. Başqa bir faktor isə, Ermənistan ordusu və əsgəri ilə yanaşı, Köçaryan kimi müharibə canilərinin də “məğlubedilməz” obrazının darmadağın edilməsi, bu qondarma obrazın yaratdığı bütün imtiyazların əldən çıxmasıdır. Kəsəsi, Robert ermənilərin yox, öz gününə ağlayır”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı