Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın ikinci prezidenti Robert Köçəryan üç günlük özəl səfərlə Moskvaya uçub.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a sabiq prezidentin ofisindən bildirilib.

Qeyd olunub ki, o, bu gün səhər yola düşüb.





Səfər xüsusi xarakter daşıyır: 18 dekabrda Moskvada Robert Köçəryanın 2009-cu ildən bəri müstəqil direktor olduğu AFK Sistem İdarə Heyətinin iclası keçiriləcək. Üç günlük səfər çərçivəsində Rusiyada başqa görüşlərin nəzərdə tutulub-tutulmadığı məlum deyil.

Əslində, onun Moskvaya səfəri oktyabr ayının sonunda Qarabağ məsələsini rus elitası ilə müzakirə etmək üçün planlaşdırılmışdı. Ancaq rəsmi versiyaya görə, Köçəryanda koronavirus aşkar edildiyi üçün səfər o zaman baş tutmadı.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir