Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Pfizer-BioNTech”-in “COVID-19” peyvəndi  haqda fətva Şeyx Yusuf Şabbir, müfti Şebbir Əhməd, Beri müftisi Məhəmməd Tahir və mövlana Kallingal Riyad tərəfindən verilib.

Bu alimlərin hamısı Hindistan mənşəlidir və Hənəfi məzhəbinə mənsubdurlar.

“Pfizer ilə əlaqə qurduq və  peyvəndin tərkibindəki inqredientlərin siyahısını istədik. “Xolesterolun varlığı əvvəlcə narahatlıq yaratdı. Çünki heyvan yağından əldə edilə bilər”, – deyə  rəydə deyilir.

Bununla belə, müftilər aldıqları məlumatların qorxularını aradan qaldırdığını açıqlayıblar. Məlum olub ki,  “COVID-19 mRNA BNT162b2” peyvəndinin hazırkı tərkibindəki bütün yağlı maddələr bitki və sintetik mənşəlidir və peyvənddə heyvan komponentləri yoxdur.

Beləliklə, adları çəkilən İslam alimləri sözügedən peyvəndin müsəlmanlar tərəfindən istifadəsinə icazə verilməsi qənaətinə gəliblər.

DOSYE.ORG

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir