Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib. Müzakirələrdə müxtəlif qurumların nümayəndələri iştirak edib. İlk dəfə olaraq Milli Məclis sədrinin təşəbbüsü ilə bütün deputatlar bu müzakirələrdə onlayn iştirak edib”.

Publika.az xəbər verir ki, bunu parlamentdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O əlavə edib ki, 2020-ci il Azərbaycanın dövlətçilik və müstəqillik tarixində işğal edilən torpaqların azad edilməsi ili kimi qalacaq: “Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və şəhidlərin qanı hesabına qazanılıb. Bu qələbə uzun illər böyük işgüzarlıq, peşəkarlıq və Azərbaycanın bütün resurslarının dəmir yumruqla birləşməsi hesabına əldə edilib. Biz ilk dəfə Vətən müharibəsinə qalib gələn dövlətin büdcəsini qəbul etmək ərəfəsindəyik”.





Komitə sədri qeyd edib ki, Azərbaycan 2020-ci ildə üç istiqamətdə fəal mübarizə aparıb: “Biz pandemiya, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və erməni işğalı ilə mübarizə aparmışıq. Azərbaycan dövləti əhalinin sosial rifahının qorunması, iqtisadiyyatın kəskin enişinin qarşısının alınması üçün tədbirlər görüb. İqtisadiyyatımız kəskin şoklardan qorunub. 3,5 milyard dəstək paketi təxminən 3 milyon insanı əhatə edib”.

T. Mirkişili bildirib ki, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı: “2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrlə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir